2022-ci ildə NATO üzvləri müdafiədə əsas diqqəti nəyə yetirir?

2019/11/12390-1574843166.jpg
Oxunub: 343     12:30     27 İyun 2022    
Rusiya-Ukrayna müharibəsinin beynəlxalq müdafiə sistemində yaratdığı narahatlıq qlobal müdafiə sənayesində də dəyişiklikləri sürətləndirib. Son 20 ildə qlobal müdafiə bazarlarına ən çox təsir edən hadisə müharibə olub. Çinin potensial təhlükəsi qarşısında NATO üzvlərinin strateji milli təhlükəsizlik və hərbi quruculuq planlaşdırma proseslərini sürətləndirib.

Rusiyanın Ukraynaya təcavüzü Aİ-ni təcili olaraq strategiyasını yeniləməyə təşviq edib. Rusiyanın təcavüzü 2022-ci il fevralın sonlarında Aİ Şurası tərəfindən “Avropa tarixində tektonik dəyişiklik” kimi səciyyələndirilib və bundan sonra hərbi potensialın inkişafında “kvant sıçrayışı” etmək zərurəti yaranıb.

Geniş qlobal təsirləri ilə müharibə qlobal müdafiə bazarının rəqabət mənzərəsinə, eləcə də NATO üzvləri arasında tələblərə, ehtiyaclara və uzunmüddətli hərbi güclənmə planlarına birbaşa təsir göstərəcək. Rusiyanın artan təhlükəsi Avropanın müdafiə büdcələrini və hərbi mövqeyini dəyişir. Almaniya İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq hücum silahlarının ixracına icazə verib və zərbə PUA-larının alınması üçün maneələri aradan qaldırıb.

Müharibə bitdikdən sonra müxtəlif islahatların qlobal müdafiə bazarını necə dəyişdirəcəyini müəyyən etmək hələ tezdir. Amma nəzərə almaq lazımdır ki, Şərq və Qərb silah sistemləri və əməliyyat konsepsiyaları onilliklər ərzində ilk dəfə olaraq həyata keçirilir.

NATO-nun müdafiə bazarının gələcək istiqamətlərinə silahlı-taktiki kiçik və mini PUA-lar və onların geniş yayılma potensialı kimi xüsusi hərbi sahələrə üstünlük verilməsi daxildir. Bundan əlavə, NATO üzvlərinin C4ISR, raketdən müdafiə və Süni Zəka kimi domenlərdə fəaliyyəti artıb.

Sevinc Əliyeva
Ordu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Konsepsiya  


Bizi "telegram"da izləyin