Ordu.az xəbər verir ki, bu barədə “Aerotime” nəşri məlumat yayıb.
İki şirkət T-50 təlim təyyarəsi əsasında yardılan FA-50 yüngül hücum təyyarəsinin təkmilləşdirilmiş versiyasını ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinə satmağa çalışacaq.
Şirkətlər “Əməkdaşlıq səviyyəsini strateji əlaqələrə yüksəltməklə” dünya üzrə 1000-dən çox təyyarə satmağı gözləyirlər. Təyyarənin yarısının ABŞ-da satılacağı gözlənilir.
“Lockheed Martin” 1992-ci ilin əvvəlindən T-50-nin hazırlanmasında fəal iştirakçı olub, proqramın 13%-ni maliyyələşdirib.
Slovakiya, Malayziya və Xorvatiya da daxil olmaqla bir sıra digər ölkələr T-50-ni qiymətləndirir və ya almağı planlaşdırır. Təyyarənin müxtəlif modifikasiyaları hazırda Cənubi Koreya, İndoneziya, Filippin, İraq, Tailand və Kolumbiya tərəfindən istismar olunur.
Sevinc Əliyeva
Ordu.az