Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Heykəli təhqir edən şəxs, İrəvan sakini Karen Xaçatryan hadisədən sonrakı günlərdə “Hraparak” nəşrinin redaksiyasına gedib və niyə belə bir şey etdiyini izah edib.
“Heykəli sındırmışam, yaxşı eləmişəm, buna və bunun kimilərə görə 44 günlük müharibə oldu”, - deyə o qeyd edib.
Karen Xaçatryan bildirib ki, Ermənistanda hər yerdə ədalətsizlik var.
“Mən Kentron inzibati ərazi dairəsinin istintaq idarəsində, eləcə də digər idarələrdə baş verənlərdən danışmaq istəyirəm. Hər yerdə ədalətsizlik var. Mərkəzin müstəntiqlərindən biri olan Razmik Səfəryan mənə rüşvət təklif etdi ki, şikayətlərimdən birini geri götürüm. Digər müstəntiq Nelli Qriqoryan təklif etdi ki, məndən oğurlanan əşyalar geri qaytarılsın və mən şikayətimi geri götürüm. Mən baş nazir Nikol Paşinyana hörmət edirəm. Bundan başqa, demək istəyirəm ki, bizim erməni milləti hələ də o vətənin xaini Azqaldyanın ucbatından əziyyət çəkir. Azərbaycan bizə nə düşmənçilik, nə pislik edib? Bəyəm torpaq işğal ediblər, axı nə ediblər, qətllər ediblər, bizə nə pislik ediblər? Sonda da öz torpaqlarını azad ediblər, bəlkə bizim torpaqlarımızı işğal ediblər? Erməni millətinin satqınları Azərbaycanın torpaqlarını işğal ediblər, bizi yandırıblar”. - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az