Erməni politoloq: “Rusiya indi Hitlerin ölümünə qədər Almaniyanın yaşadığı kimi bir dövr yaşayır”

2019/09/4564-1569234310.jpg
Oxunub: 326     14:15     17 İyun 2022    
“10 noyabr sənədində hər şey olduqca aydın şəkildə yazılıb”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Hakob Badalyan deyib.

Onun sözlərinə görə, bəyanatda ayrı-ayrı mənbələr problemi yoxdur.

“Lakin sənədin başlanğıc nöqtəsini nəzərə alsaq, yükdaşımalar yolların blokadadan çıxarılması kontekstində qeyd edilir və bu, Rusiya Federasiyası Sərhəd Mühafizə Xidmətinin nəzarəti altında həyata keçirilir. Bunun hər zaman müxtəlif yozumları ola bilər, lakin heç bir şübhə yoxdur ki, hüquqi mənada Ermənistan ərazisinin suverenliyi hər hansı bir şübhə altında olmur”, - deyə Badalyan qeyd edib.

Erməni politoloq Levon Şirinyan isə bildirib ki, Ermənistan Baş naziri Paşinyanın ərəb mediasına müsahibəsi ümidvericidir və orada dəhliz məntiqinin Ermənistan üçün “qırmızı xətt” olduğunu qeyd edir.

“Məncə, qlobal problemin həlli Ukraynadadır. Əgər orada Rusiya qanaxmaya düşsə, bizim gələcəyimiz var, yox əgər qanaxmaya düşməsə, deməli gələcəyimiz yoxdur. Rusiya indi 1945-ci ilin yanvarından Hitlerin ölümünə qədər Almaniyanın yaşadığı kimi bir dövr yaşayır. Ermənistanın marağı Rusiya sərhəd xidmətinə nəsə təhvil vermək deyil”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Hitler   Almaniya  


Bizi "telegram"da izləyin