İran nüvə bombası əldə etmək ərəfəsindədir? – Qafqaz ətrafında hadisələr gərginləşir

2022/04/Bushe-1649241357.jpg
Oxunub: 629     11:21     18 İyun 2022    
İran mediası İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinin zabiti Əli Kəmaninin ölüm xəbərini yayıb. Kamani yüksək rütbəli hərbçi deyil, amma o, İslam İnqilabı Keşikçiləri Korpusundan öldürülən növbəti “sirli” qurbandır. O, kosmik aviasiyanın inkişafı ilə məşğul olub. İran mediası peyk və ballistik raketlər sahəsində çalışan Məhəmməd Abedosa adlı tədqiqatçının da ölüm xəbərini yayıb. Hər iki şəxsin hansı şəraitdə vəfat etmələri barədə demək olar ki, heç nə məlum deyil, onların xidməti vəzifələrini yerinə yetirərkən öldüyü bilirilir.

Son zamanlar İranda nüvə proqramı ilə bağlı olan müəmmalı ölüm hallarının artması müşahidə edilir. İranda nüvə silahının hazırlanması ilə bağlı mümkün prosesi nəzərə alsaq, bu ölümlərin İrana qarşı xüsusi əməliyyatların nəticəsi ola biləcəyi ehtimalı yüksəkdir. İran mediası əməliyyatın arxasında İsrail xüsusi xidmət orqanlarının dayandığına dair eyhamlar səsləndirir.

İsrail İranın nüvə bombası təhlükəsini zərərsizləşdirmək üçün ən radikal addımları atmağa hazır olduğunu heç vaxt gizlətməyib. İran da eyni tonla cavab verir. İran Xarici İşlər Nazirliyi bəyan edib ki, əgər İran İsrailə cavab versə, bu cavablar “üçüncü ölkəyə” istiqamətlənməyəcək. İran ətrafında nüvə proqramı, nüvə silahının mümkünlüyü ilə bağlı gərgin, qeyri-müəyyən situasiyanın formalaşdığı göz qabağındadır. Ötən həftə MAQATE rəhbəri bəyan edib ki, İran nüvə bombası yaratmaq üçün lazım olan hər şeyə malikdir və bunu istənilən vaxt edə bilər. MAQATE-nin bəyanatından sonra İranda qatarın relsdən çıxması nəticəsində onlarla insanın həlak olduğu qəza baş verib.

Həmin gün Rusiya prezidenti Putinlə İran prezidenti arasında telefon danışığı olub. Putin başsağlığı verib, beynəlxalq və regional məsələlər, Suriya, nüvə proqramı müzakirə edilib. İranın nüvə proqramının gələcəyi, nüvə bombası yaratmaq perspektivi faktiki olaraq geosiyasi mənzərədə həmişə episentrə malik olan regionda inqilabi dəyişiklik demək olacaq. Və bütün bunlar öz növbəsində istər-istəməz Qafqaza da təsir edəcək.

Hazırda Qafqazdakı hadisələrə Ukraynada gedən proseslər təsir göstərir. Bəyanatlara əsasən, Tehran siyasi mənada ilk nüvə bombasının astanasındadır. İrana məxsus problemlərin Qafqaz və Yaxın Şərqin təhlükəsizlik sisteminə təsiri qaçılmazdır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Nüvə-bombası  


Bizi "telegram"da izləyin