“Qaradağda quruculuq işlərində Azərbaycana uğurlar arzulayıram” - Caferoviç

2022/06/1655364566.jpg
Oxunub: 863     11:21     16 İyun 2022    
“Qaradağda quruculuq işlərində Azərbaycana uğurlar arzulayıram”.

Ordu.az xəbər verir ki, bunu bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç bildirib.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri deyib ki, hamımız Ukrayna böhranının şahidiyik: “Ancaq bu böhrandan çıxmaq üçün nə etməliyik. İlk növbədə həmrəy olmalıyıq. Biz çıxış yollarını tapmalıyıq”.

Şefik Caferoviç qeyd edib ki, Balkanlar da Cənubi Qafqaz kimi həssas bir məkandır: “Belə zəngin tarixi olan bölgədə belə görüş keçirmək özü-özlüyündə cəsarət tələb edir”.

Şefik Caferoviç nəzərə çatdırıb ki, Bosniya və Herseqovinada 3 fərqli xalq, mədəniyyət bir araya gəlib: “Hazırkı qlobal nizam İkinci Dünya Müharibəsindən sonra qurulub. Bu, bir sıra millətlərin digərləri üzərində üstünlüyünə əsaslanır. BMT-nin bizə dəstək verməməsi nəticəsində böyük soyqırımı baş verib. İki gün ərzində 80 min dinc insan öldürülüb. Bosniya və Herseqovinanın səylərinə baxmayaraq, BMT tərəfindən törədilən bu soyqırımı tanınmayıb. BMT sistemində islahatlar aparılmalıdır. Bizim ölkələrin müstəqilliyi, suverenliyi heç vaxt təhlükə altında olmamalıdır”.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Serbiya hökumətinin millətçilik siyasəti həyata keçirdiyini söyləyib: “Bosniya və Herseqovinada Ukraynadakı kimi proses baş verməyib. Ancaq sülhün davamlı təmin edilməsi üçün addımlar atılmalıdır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin