Reyqana sui-qəsddə təqsirləndirilən şəxsin üzərindən ittiham götürülüb

2022/06/1655356464.jpg
Oxunub: 239     02:28     16 İyun 2022    
Kolumbiya dairəsi Federal Məhkəməsi 1981-ci ildə ABŞ prezidenti Ronald Reyqana sui-qəsdə cəhd etmiş Con Hinklinin üzərindən bütün ittihamları götürüb.

Ordu.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

“Nəhayət 41 il, 2 ay, 15 gün sonra azadlıqda” – deyə Hinkli Tvitterdə yazıb. O, gələn ay Nyu-Yorkda konsert verməyi planlaşdırır.

Qeyd edək ki, 1981-ci il martın 30-da Nyu-Yorkda oteldən çıxan prezidentə sui-qəsd cəhdi olub. Güllə zirehli avtomobilə dəydikdən sonra sıçrayaraq dövlət başçısının ürək nahiyəsinə dəyib. Hücum zamanı daha 3 nəfər yaralanıb. Mühafizə xidməti hadisəni törədən Con Hinklini tutub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Reyqan  


Bizi "telegram"da izləyin