Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşr qeyd edib ki, məlum olduğu kimi, Avropa İttifaqı ilə Ermənistan arasında Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi 2021-ci il martın 1-dən qüvvəyə minib.
“Bu saziş 2017-ci ilin noyabrında imzalanıb və onun əsas hissələrinin müvəqqəti tətbiqi 2018-ci il iyunun 1-dən qüvvəyə minib. İslahatlar gündəliyi 30-a yaxın sahəni əhatə edir və həmin 30 sahəni Avropa standartlarına yaxınlaşdırmalı olan 350 fəaliyyət əhatə edir, lakin məlumata görə, Avropa standartlarına yaxınlaşma prosesi ləngiyib. Ona görə də ekspert qrupu indi işə başlayacaq, həmin prosesi aktivləşdirməyə çalışacaq. Ekspert qrupuna Avropadan da nümayəndələr cəlb olunacaq və prosesi daha sürətli təşkil etmək üçün müvafiq qurumların nümayəndələri çərçivəsində təlimlərə başlayacaqlar. Bunun nə dərəcədə uğurlu olacağını indi söyləmək çətindir, lakin maraqlıdır ki, hakimiyyət tərəfindən tez-tez dilə gətirilən, vacib sayılan və “keçmiş hakimiyyət” dövründə Aİ ilə imzalanan saziş arxa plana keçib və heç nəyə nail olunmayıb”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az