Bayden Zelenskiyə zəng edərək 1 milyard dollarlıq yardım paketini açıqlayıb

2022/04/2ce3c-1650208734.jpg
Oxunub: 411     21:18     15 İyun 2022    
ABŞ Ukraynaya 1 milyard dollarlıq yeni hərbi yardım paketi ayırır.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden Ukrayna lideri Volodimir Zelenskiyə zəng edərək şəxsən məlumat verib.

ABŞ-ın yeni hərbi yardım paketinə əlavə artilleriya, sahil müdafiə silahları, qabaqcıl raket sistemləri üçün sursat daxildir.

Bundan əlavə, Bayden 225 milyon dollarlıq humanitar yardım paketini açıqlayıb. Vəsaitlər ukraynalıları qida, mənzil və əsas ehtiyaclarla təmin etmək üçün istifadə olunacaq.

Xatırladaq ki, bu gün ABŞ-ın sədrliyi ilə Ukraynaya hərbi yardımla bağlı "Ramşteyn" formatında üçüncü görüş başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin