ABŞ Ukraynaya əlavə 1 milyard dollar dəyərində silahlar göndərir

2019/06/US-Uk-1561526830.jpg
Oxunub: 632     19:25     15 İyun 2022    
Bayden administrasiyası Ukraynaya əlavə 1 milyard dollar dəyərində hərbi yardım ayırır.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezident Administrasiyasının rəsmisi bildirib.

Qeyd olunub ki, yardım paketinə əlavə haubitsalar, sursat və sahil müdafiə sistemlərinin daxil olacağı gözlənilir.

Məlumata görə, hərbi yardım paketinə daxil olan silah və sursatlar həm tezliklə göndərilməsi üçün ABŞ-ın mövcud ehtiyatlarından, həm də Ukraynaya uzunmüddətli tədarük üçün yeni kontraktlardan əldə ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin