Stoltenberq: "Türkiyə taxılın Ukrayna limanlarından çıxarılması istiqamətində göstərilən səylərdə çox fəal iştirak edir"

2021/05/42330-1621097500.jpg
Oxunub: 309     14:07     15 İyun 2022    
Türkiyə NATO müttəfiqi kimi taxılın blokadada olan Ukrayna limanlarından çıxarılması istiqamətində göstərilən səylərdə çox fəal iştirak edir.

Ordu.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.

"Ərzaq və taxılın Ukraynadan ixracı ilə bağlı vəziyyət çox kritikdir. Ərzağın qiyməti qlobal səviyyədə yüksəlir, Rusiya isə narrativ yaratmağa çalışır ki, bu, Qərbin sanksiyaları ilə bağlıdır. Bu, tamamilə yanlışdır. Bu, Rusiyanın Ukraynaya qarşı apardığı qeyri-qanuni müharibənin birbaşa nəticəsidir. Rusiya bu müharibəni dayandırmalıdır", - Stoltenberq vurğulayıb.

NATO Baş katibi deyib ki, müharibənin davam etdiyi zamanda Rusiya tərəfindən blokadaya alınan Ukrayna limanlarından taxılın qlobal bazara daşınması üçün fəal səylər göstərilir. "Həcm baxımından müəyyən limitlər və məhdudiyyətlər ola bilər, ancaq taxılın bu limanlardan çıxarılması istiqamətində artıq bəzi addımlar atılıb, xüsusilə quru yolu vasitəsi ilə daşınma prosesində Avropa ölkələri iştirak edir.

Həmçinin sonuncu dəfə Türkiyə Prezidenti Ərdoğanla danışanda o, taxılın daşınmasına imkan verəcək razılaşmanın əldə olunmasında Türkiyənin vasitəçiliyi ilə bağlı məlumat verdi. Mən ümid edirəm ki, bu səylərin nəticəsi olacaq. Türkiyə NATO müttəfiqi kimi bu prosesdə fəal iştirak edir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   NATO  


Bizi "telegram"da izləyin