Rusiya “Kalibr” raketləri ilə Lvovda silah anbarını vurub

2022/03/456sd-1648285851.jpg
Oxunub: 382     13:01     15 İyun 2022    
Rusiya donanması “Kalibr” qanadlı raketlərlə Ukraynanın Lvov vilayətində Amerikanın M777 haubitsaları üçün döyüş sursatı olan anbarı vurub.

Ordu.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Lvov vilayətinin Zoloçiv yaşayış məntəqəsi yaxınlığında yüksək dəqiqlikli uzaqmənzilli “Kalibr” raketləri NATO ölkələri tərəfindən Ukraynaya verilmiş xarici silahların, o cümlədən 155 millimetrlik M777 haubitsalarının sursat anbarını məhv edib”, - deyə Rusiya MN sözçüsü vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin