Ordu.az “Iravaban.net” nəşrinə istinadən xəbər verir ki, erməni hərbi qulluqçu hərbi hissənin mühafizə bölgəsinin döyüş mövqeyində müşahidəçi kimi döyüş növbətçiliyinə cəlb olunub, Ermənistan müdafiə nazirinin əmrinin tələblərini pozub.
Təqsirləndirilən şəxs bir neçə ay öncə mövqe başçısının icazəsi olmadan hərbi sursat olan F-1 tipli qumbaranı götürüb, döyüş mövqeyinin sığınacağı olan vaqon-evdə qumbaranın qoruyucusunu çəkib və ehtiyatsız davrandığına görə qumbaranı partladıb.
Partlayış nəticəsində 4 məcburi müddətli erməni hərbi qulluqçu yaralanıb.
Hadisə ilə bağlı məhkəmə iclası iyunun 20-nə təyin edilib.
Alpər Mövludoğlu
Ordu.az