Ordu.az xəbər verir ki, tapılan silah-sursatlar arasında iki gecəgörmə cihazı, üç qumbaraatan, partlayıcı maddələr, müxtəlif növ tapançalar, pulemyotlar, güllələr və sair tapılıb.
Ermənistan polisindən bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, qanunsuz olaraq silah-sursatın əldə edilməsinin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri və istintaq hərəkətləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır, hallar aydınlaşdırılır.
Alpər Mövludoğlu
Ordu.az