Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi tviter səhifəsində məlumat yayıb.
Bildirilir ki, Britaniya kəşfiyyatının məlumatına əsasən, aprel ayından bəri Rusiyanın orta mənzilli bombardmançı təyyarələri Ukrayna ərazisinə 1960-cı illərdə istehsal edilən onlarla “X-22” gəmi əleyhinə raket atıb.
“Rusiya çox güman, daha dəqiq müasir raket çatışmazlığı səbəbindən belə səmərəsiz silah sistemlərindən istifadə edir”, - Böyük Britaniyanın Müdafiə Nazirliyinin məlumatında qeyd edilir.
Ordu.az