Ağdamda silah-sursat şakarlanıb

2022/06/1654931652.jpg
Oxunub: 458     11:02     11 İyun 2022    
Nəqliyyatda Baş Polis İdarəsinin Yevlax st. Xətt Polis Şöbəsinin (YPX) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində xidməti ərazidə silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional Ordu.az-a verilən məlumata görə, Yevlax XPŞ-nin əməkdaşları Ağdam rayonu ərazisində Bərdə-Köçərli-Təzəkənd mənzilinin yaxınlığında 1 ədəd “AK-74” markalı avtomat, 137 ədəd “5.45” çaplı patron, 35 ədəd “12.7” çaplı pulemyot patronu və 3 ədəd avtomat darağı aşkar edərək götürüblər.

Faktla bağlı araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağdam   Silah-sursat  


Bizi "telegram"da izləyin