“Business Insider”: ABŞ Ordusu Arktikada və onun hüdudlarından kənarda əhatə dairəsini genişləndirmək istəyir.

2022/06/1654847953.jpg
Oxunub: 535     11:01     27 İyun 2022    
ABŞ Ordusu Alyaskada 11-ci Hava Desant Diviziyasını aktivləşdirib və bu birləşməni Arktikaya istiqamətlənmiş bölmə kimi yenidən formalaşdırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Business Insider” nəşrində dərc olunan məqalədə qeyd olunub.

“Biz onlardan Arktika döyüşlərində, həddindən artıq soyuq havada, dağlıq və yüksək dağlıq ərazidə öz işinin ustası olmalarını və bu mühitdə innovativ fəaliyyət üsullarını inkişaf etdirmələrini gözləyirik”, - deyə ABŞ ordusunun generalı Ceyms Makkonvil bildirib.

Məqalədə deyilir ki, keçən il açıqlanan Ordu Arktika Strategiyası bölgənin uzaq yerlərində və çətin ərazilərində əməliyyatları dəstəkləyə biləcək Arktika üçün xüsusi təlim və avadanlıq, habelə infrastruktura ehtiyac olduğunu vurğulayır.

Ordu Arktika ilə bağlı təhlillər aparır və 2023-cü il büdcəsində bu sahədə olan çatışmazlıqları aradan qaldırmağa çalışır.

Müəllif yazır ki, Arktikada istifadə olunması üçün 300-dən çox “Stryker” hərbi maşınları nəzərdə tutulub. Maşınlar həmin ərazilərdə istifadə üçün təkmilləşdiriləcək.

11-ci Hava Desant Ddiviziyası 1943-cü ilin fevralında fəaliyyətə başlayıb. Onun paraşütçüləri və desantçılar Sakit okeanda və İkinci Dünya Müharibəsi zamanı və sonrasında hərbi əməliyyatlarda iştirak edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Arktika  


Bizi "telegram"da izləyin