Türkiyə “Bozok” sursatlarının istehsalına başlayıb

2022/06/bozok-1654847732.jpg
Oxunub: 886     18:55     10 İyun 2022    
Türkiyənin TÜBİTAK SAGE müəssisəsi “Bozok” sursatlarının istehsalına başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Efes-2022” təlimləri zamanı keçirilən müdafiə sənayesi sərigisində müəssisənin direktoru Gürcan Okumuş məlumat verib.

O qeyd edib ki, “Bozok”un kvalifikasiyası və uzaq məsafədən atışları tamamlanıb. Direktor sursatların 15 km-dən çox məsafə qət edə bildiyini bildirib.

Bildirilir ki, “Bozok” orta dərəcəli döyüş sursatıdır, yəni digər sursatlara alternativ olaraq yaradılıb.

MAM-L ilə müqayisədə daha yüngül bir quruluşa, lakin daha təsirli döyüş başlığına sahib olacaq “Bozok” sursatlarının kvalifikasiya prosesi 2020-ci ildə başlayıb. Sursat “Bayraktar TB” PUA-larından sınaqdan keçirilib.

Sursata zireh dəlici döyüş başlıqları əlavə edilə bilər. “Akıncı” və “Aksunqur” kimi PUA-lar da sursatlardan istifadə edə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Bozok  


Bizi "telegram"da izləyin