"The Guardian": Ukraynada Rusiyanın 20 minə yaxın hərbçisi ölüb

2022/06/1654837812.jpg
Oxunub: 348     05:09     10 İyun 2022    
Qərb Rusiyanın Ukrayna ilə müharibədə itkilərini hesablayıb.

Ordu.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Məlumata görə, Rusiya Ukraynaya qarşı müharibə zamanı 15-20 min hərbçi itirib.

"Ukrayna hərbçilərinin çox ağır itkilərə məruz qalmasına baxmayaraq, Rusiyanın Ukraynadakı kampaniyası “bir çox səviyyələrdə son dərəcə qeyri-funksional olaraq qalır”, - xəbərdə deyilir.

Həmçinin bildirilir ki, Rusiya qüvvələrinin bəzi döyüş sursatları, xüsusən də qanadlı raketlər kimi dəqiq idarə olunan silahlar tükənir. Bununla belə, vurğulanır ki, Moskvada hələ də idarə olunmayan bombaların böyük ehtiyatı var.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiyanın itkiləri təxminən 31 700 nəfər təşkil edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin