Şimali Koreya bu il 650 milyon dollarlıq raket atıb

2022/01/e532e-1641446398.jpg
Oxunub: 332     15:22     27 İyun 2022    
Şimali Koreyanın bu il indiyədək atdığı 33 raketin ümumi dəyəri 400-650 milyon ABŞ dolları arasındadır.

Ordu.az xəbər verir ki, bu barədə “Chosun” nəşri yazıb.

KXDR bu ilin əvvəlindən altı uzaqmənzilli ballistik raket, bir orta mənzilli “Hvasonq-12” raketi və KN-23 “İsgəndər” raketləri də daxil olmaqla 26 qısa mənzilli raket atıb.

Koreya Müdafiə Təhlilləri İnstitutu bu raketlərin ümumi dəyərini 400-650 milyon dollar arasında qiymətləndirir.

Qeyd olunur ki, KXDR 2017-ci ildən bəri inkişaf etdirdiyi yeni raketləri sınaqdan keçirməyə diqqət yetirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Raket  


Bizi "telegram"da izləyin