ABŞ-da turboreaktiv mühərriklə işləyən “gəzən sursat” hazırlanıb

2022/06/Captu-1654760701.jpg
Oxunub: 984     15:20     11 İyun 2022    
ABŞ-ın “Northrop Grumman” müdafiə şirkəti turboreaktiv mühərriklə işləyən “gəzən sursat” hazırlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “The Defense Post” nəşri yazıb.

Sursatların “AeroVironment” şirkəti ilə birlikdə hazırlandığı bildirilir.

“Jackal” adlı kamikadze PUA “kəşfiyyat, müşahidə və nəzarət və radioelektron müharibə missiyaları” ehtiyacı arasındakı qabiliyyət boşluğunu aradan qaldırmaq üçün nəzərdə tutulub.

PUA hava və quru platformalarından buraxıla bilər, maksimum saatda 483 kilometr (300 mil) sürətlə 100 kilometr (62 mil) və ya 15 dəqiqəyə qədər uça bilər.

“Jackal” gecə-gündüz və əlverişsiz hava şəraitində fəaliyyət göstərə bilir və həm sabit, həm də hərəkət edən hədəfləri hədəfə ala bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Jackal  


Bizi "telegram"da izləyin