ABŞ Ukraynaya indiyədək hansı silah və texnikaları verib? - SİYAHI

2022/06/List_-1654760611.jpg
Oxunub: 1029     17:42     11 İyun 2022    
ABŞ Ukraynaya verilən bütün silahların, döyüş maşınlarının və hərbi texnikanın siyahısını dərc edib.

Ordu.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Bildirilir ki, ABŞ Ukrayna silahlı qüvvələrini hərbi texnika və silahlarla təmin etmək üçün 5,3 milyard dollardan çox vəsait sərf edib. 2014-cü ildən bəri Birləşmiş Ştatlar Ukraynaya öz ərazi bütövlüyünü qorumaq üçün təlim və avadanlıq daxil olmaqla 7,3 milyard dollardan çox təhlükəsizlik yardımı göstərib.

ABŞ-ın Xarici Hərbi Satış (FMS) sistemi çərçivəsində Ukrayna ilə hökumətdən hökumətə aktiv satışlarının ümumi dəyəri 595,9 milyon dollardır.

ABŞ-ın Ukraynaya təhvil verdiyi silahlara aşağıdakılar daxildir:

- 1400-dən çox FIM-92 “Stinger” daşına bilən Hava Hücumundan Müdafiə (HHM) sistemi
- 6500-dən çox “Javelin” daşına bilən tank əleyhinə idarə olunan raketlər
- 700-dən çox taktiki PUA
- 7000-dən çox atıcı silah
- 121 “Phoenix Ghost” taktiki PUA
- 108 M777/M77A2 155 mm yedəkdə daşınan artilleriya qurğuları
- Lazerlə idarə olunan raket sistemləri
- M18A1 “Claymore” piyada əleyhinə minalar
- 155 mm M777 yedəkdə daşınan artilleriya qurğularını daşımaq üçün 90 taktiki maşın
- HIMARS M142 Yaylım Atəşli Reaktiv Sistemlər (YARS)
- Avadanlıqları bərpa etmək üçün 15 taktiki vasitə
- Yüzlərlə HUMVEE zirehli maşınları
- 200 ədəd M113 tırtıllı zirehli personal daşıyıcısı
- “Puma” pilotsuz uçuş aparatları
- İnsansız sahil müdafiə platformaları
- Dörd AN/TPQ-36 minaatan əleyhinə radar
- Dörd AN/MPQ-64 “Sentinel” hava nəzarət radarı
- 50.000.000-dan çox atıcı silah sursatı
- 75.000 dəst zirehli gödəkçə və dəbilqə
- C-4 partlayıcılar
- Mi-17 helikopterləri
- Taktiki təhlükəsiz rabitə sistemləri
- Gecəgörmə cihazları, termal görüntü sistemləri, optika və lazer məsafəölçənləri
- Kommersiya peyk təsvirləri xidmətləri
- Partlayıcı sursatların zərərsizləşdirilməsi üçün qoruyucu vasitələr
- Kimyəvi, Bioloji, Radioloji və Nüvə qoruyucu vasitələri
- İlk yardım dəstləri daxil olmaqla tibbi ləvazimatlar
- Radioelektron mübarizə vasitələri
- Sahə avadanlıqları və ehtiyat hissələri.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin