Avropanın yeni döyüş təyyarəsi proqramı 10 il də gecikəcək

2018/08/456_1533112099.jpg
Oxunub: 421     16:04     27 İyun 2022    
Avropanın altıncı nəsil təyyarəsinin hazırlanmasını nəzərdə tutan “Future Air Combat System” (FCAS) proqramı bundan sonra 10 il də gecikəcək.

Ordu.az xəbər verir ki, bu barədə proqramda iştirak edən “Dassault Aviation” şirkətinin baş direktoru Erik Trappier məlumat verib.

Fransanın BFM telekanalına müsahibə verən Trappierin sözlərinə görə, FCAS proqramında hədəflənən 2040-cı ildə deyil, 10 illik gecikmə ilə nəticə verəcək.

“Bizim üçün 2040-cı il artıq yoxa çıxıb. Danışıqlar daha uzun çəkəcək. Ona görə də 2050-ci illərə qədər davam edəcək”, - deyə o qeyd edib.

Fransa Baş Silahlar İdarəsinin (DGA) direktoru Joel Barrenin sözlərinə görə, Almaniya və Fransa arasında problemlər həll edilməlidir.

“Ümid edirəm ki, yaxın həftələrdə bu vəziyyətdən çıxa biləcəyik. Mövcud vəziyyət əbədi davam edə bilməz. Biz əvvəldən başlayan hazırlıq işlərini həyata keçirməliyik”, - deyə o qeyd edib.

Proqramda əsas problem layihənin idarə olunması ilə bağlıdır. Almaniyanın “Airbus” şirkəti idarəetməni Fransanın “Dassault” şirkəti ilə bölüşmək istəyir. “Dassault” bunu qəti şəkildə təkzib edir.

“Əməkdaşlığa dair fikir ayrılığı var. “Eurodrone” proqramında “Airbus” əsas podratçı, “Dassault” isə subpodratçıdır. Razılaşma gözləyirik, lakin Avropanın müdafiəsindən də narahatıq. Almaniya da daxil olmaqla bir çox Avropa ölkəsinin ABŞ-la F-35 müqaviləsi imzalamasından təəssüflənirik”, - deyə şirkət rəsmisi bildirib.

FCAS proqramının məqsədi 2040-cı ilə qədər Almaniya və İspaniyanın “Eurofighter” və Fransanın “Rafale” döyüş təyyarələrini pilotlu və pilotsuz uçuş platformaları ilə əvəz etməkdir.

“Sistemlər sistemi” adlandırılan FCAS proqramı çərçivəsində “Dassault” aşağı radara görünmə qabiliyyətinə malik delta qanadlı qırıcı üzərində, “Airbus” isə ultra sürətli rabitə şəbəkəsi sistemləri və “döyüş bulud” sistemi üzərində işləyir. Sistem ümumiyyətlə birlikdə işləyə bilər. Missiya təyyarələri daha geniş mühitdə peyklər, NATO sistemləri, quru və dəniz döyüş sistemləri ilə daimi təmasda olacaq.

Proqram çərçivəsində inkişaf etdirilməsi gözlənilən digər sistemlər arasında PUA-lar, peyklər, yerüstü idarəetmə stansiyaları, kibertəhlükəsizlik sistemləri, Süni Zəka sistemləri, təchizat təyyarələri və yeni nəsil havadan xəbərdarlıq və idarəetmə təyyarələri var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   FCAS  


Bizi "telegram"da izləyin