Müdafiə Sənayesi Nazirliyinin poliqonunda minaatan partlayıb, xəsarət alan var

2022/06/1654703116.jpg
Oxunub: 2372     19:30     08 İyun 2022    
Müdafiə Sənayesi Nazirliyinin Şirvan “Araz” zavodunun poliqonunda sursat partlayıb.

Ordu.az xəbər verir ki, sursatın partlaması nəticəsində “Şirvan Araz zavodu” MMC-nin işçisi, Şirvan sakini, 1986-cı il təvəllüdlü Almazov Razi Sakit oğlu çoxsaylı qəlpə yaraları alıb.

O, Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Sənayesi Nazirliyindən Ordu.az-a bildirilib ki, sınaq zamanı 60 mm-lik minaatan partlayıb.

“Bir nəfər - Almazov Razi əlindən və bud nahiyəsindən xəsarət alıb. Şirvan Şəhər Xəstəxanasından həkimlər həyati təhlükəsinin olmadığını bildiriblər”, - deyə məlumatda qeyd olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin