Təhvil verilən “Anka” PUA-larının sayı 36-ya çatıb

2022/06/AA-28-1654671667.jpg
Oxunub: 502     12:55     09 İyun 2022    
Türkiyənin TUSAŞ şirkəti bu günə qədər ölkənin Silahlı Qüvvələrinə 36 ədəd “Anka” tipli PUA təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin rəsmisi Ömər Yıldız “Anadolu” agentliyinə açıqlamasında məlumat verib.

O, “Anka”ların 120.000 saatdan çox uçuş həyata keçirdiyini bildirib.

Şirkət rəsmisi Tunis Hərbi Hava Qüvvələrinə 80 milyon dollar dəyərində 3 “Anka” PUA-sı və 3 yerüstü idarəetmə stansiyasının tədarükünü ehtiva edən müqavilə çərçivəsində daha iki PUA-nın ixrac ediləcəyini bildirib.

Qeyd olunub ki, Qazaxıstana ixrac olunacaq “Anka”ların iyunun 20-dən etibarən göndərilməsinə başlanılacaq.

Yıldız PUA-nın Malayziyada elan edilən tenderdə yarışdığını bildirib. Tender 1.5 il əvvəl elan edilsə də, hələlik nəticələri açıqlanmayıb.

“Anka”nln maksimum uçuş çəkisinin 1700 kiloqram olduğunu bildirən Yıldız platformanın avtomatik uçduğunu, eniş şassisinin qatlandığını, buz və ildırımdan qorunma sistemlərinin olduğunu, kamera, SAR radarı, siqnal kəşfiyyatı kimi avadanlıqlara sahib olduğunu qeyd edib.

PUA-nın MAM-L və MAM-C mini ağıllı sursatları ilə işlədiyinə diqqət çəkən Ömər Yıldız qeyd edib ki, daha bir sursatın inteqrasiyası həyata keçirilir. “TÜBİTAK SAGE tərəfindən hazırlanmış “Kuzgun” digərlərindən daha ağırdır, çəkisi 100 kiloqrama qədərdir. O, 60-90 kiloqramlıq döyüş başlığı daşıya bilir. “Bu ay ərzində inteqrasiyanı başa çatdıracağıq”, - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Anka  


Bizi "telegram"da izləyin