Norveç Ukraynaya 22 ədəd M609 ÖAQ-ları bağışlayıb

2022/06/thumb-1654670895.jpg
Oxunub: 344     10:48     08 İyun 2022    
Norveç Ukraynaya 22 ədəd Özüyeriyən Artilleriya Qurğuları (ÖAQ) bağışlayıb.

Ordu.az xəbər verir ki məlumatı Norveç Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Ukraynaya eyni zamanda ehtiyat hissələri, sursat və digər vasitələr də bağışlanıb.

Vurğulanıb ki, təhlükəsizlik səbəblərinə görə Norveç hökuməti donasiya ilə bağlı ictimaiyyətə açıqlamanın verilməsi üçün müəyyən müddət gözləyib.

Əlavə olunub ki, gələcək donasiyalar haqqında da eyni səbəblə açıqlama verilməməyə ya haqqında rəy bildirilməyə bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   Ukrayna  


Bizi "telegram"da izləyin