“Brüsseldə əldə olunan razılaşma hazırda iflasa uğrayıb” - Qazaryan

2022/05/image-1652251588.jpg
Oxunub: 805     21:25     08 İyun 2022    
“Rəsmi olaraq elan edilib ki, regional kommunikasiyaların blokadadan çıxarılması üzrə üçtərəfli işçi qrupun növbəti iclası Moskvada Rusiya, Ermənistan və Azərbaycan Baş nazir müavinlərinin iştirakı ilə keçiriləcək”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Qazaryan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, bu format üzrə razılaşmalar Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixlərində imzaladığı üçtərəfli bəyanatlarda öz əksini tapıb.

“Əslində Brüsseldə əldə olunan razılaşma hazırda iflasa uğrayıb, Moskvada Rusiyanın üstünlük verdiyi məzmunlu proseslər gedir. Bu, Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması uğrunda mübarizənin mühüm nailiyyətlərindən biri hesab edilməlidir”. - deyə Qazaryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Brüssel   Moskva  


Bizi "telegram"da izləyin