Erməni ekspert: “Ermənistan proseslərə təsir edə bilməz, güc mərkəzlərinin qərarını gözləyir”

2022/06/redaf-1654597084.jpg
Oxunub: 609     15:21     08 İyun 2022    
Moskvada regional kommunikasiyaların blokadadan çıxarılması üzrə üçtərəfli işçi qrupunun növbəti iclası keçirildi. Ermənistan, Rusiya və Azərbaycan Baş nazir müavinləri Mher Qriqoryan, Aleksey Overçuk və Şahin Mustafayevin sədrliyi ilə bu üçtərəfli qrupun ilk iclası ötən ilin yanvarında Moskvada baş tutmuşdu.

Hərbi-siyasi məsələlər üzrə erməni ekspert Hraçya Arzumanyan bildirib ki, Moskvada baş tutan görüşün gələcəyi yoxdur.

Erməni ekspert hesab edir ki, güc mərkəzləri Minsk qrupu formatını necə formalaşdıracaqlarını düşünməlidirlər.

“Minsk Qrupu postsovet formatıdır ki, onun ətrafında “status” məsələsi həll edilməlidir. Brüsseldə yeni format formalaşır, burada “status” və təhlükəsizlik arxitekturasının müəyyənləşdirilməsi nəzərdə tutulur. Ermənistan proseslərə təsir edə bilməz, güc mərkəzlərinin qərarını gözləyir”, - deyə Arzumanyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Minsk-Qrupu  


Bizi "telegram"da izləyin