Türkiyə “Efes-2022” təlimlərində ilk dəfə hansı texnika və sistemləri nümayiş etdirir?

2022/06/PASR--1654587462.jpg
Oxunub: 952     10:20     08 İyun 2022    
Türkiyədə keçirilən “Efes-2022” təlimlərində 37 ölkədən 1000-dən çox müttəfiq heyəti və ümumilikdə 10000-dən çox şəxsi heyət iştirak edir.

Ordu.az xəbər verir ki, təlimlər iyunun 9-dək davam edəcək.

2016-cı ildə 8 ölkə, 2018-ci ildə 20 ölkə, 2022-ci ildə isə 37 ölkə təlimlərə qatılıb. Təlim çərçivəsində baş tutan müdafiə sənayesi sərgisində 43 şirkət iştirak edir.

Təlimdə ilk dəfə istifadə olunacaq avtomobil və silah sistemləri aşağıdakılardır:

KNT-76 snayper tüfəngi
“Kirpi-2”, “Kobra-2” və “Vuran” taktiki təkərli zirehli maşınlar
106 mm-lik minaatan ilə işıqlandırıcı sursat
“Proton Elic” tunel detektoru
“PARS STA” qülləli təkərli avtomobil
Xüsusi texnikaya inteqrasiya edilən “Cirit” silah sistemi (KMC)
“Kirpi-2” partlayıcı və şübhəli əşyaların məhv edilməsi vasitəsi
“Akıncı” zərbə PUA-ları
35 mm modernləşdirilmiş yedəkdə daşınan top


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Efes-2022  


Bizi "telegram"da izləyin