Türkiyənin “Gökbey” helikopterləri üçün yerli görüntüləmə sistemləri nümayiş olunub

2022/06/ASELS-1654587329.jpg
Oxunub: 562     16:38     08 İyun 2022    
Türkiyədə keçirilən “Efes-2022” təlimləri çərçivəsində baş tutan müdafiə sənayesi sərgisində “Gökbey” helikopterləri üçün ilk dəfə “Aselflir R-400D” elektro-optik kəşfiyyat və müşahidə sistemi nümayiş olunub.

Ordu.az xəbər verir ki, bu barədə “Defence Türk” nəşri yazıb.

59 kq ağırlığında olan “Aselflir R-400D”nin ağır sinif hücum helikopteri (ATAK II) və T-70 yardım helikopterlərində də istifadə olunması planlaşdırılır.

Qeyd olunan sistem T129 “Atak” helikopterində istifadə olunan “Aselflir-300T” sisteminin daha təkmil versiyasıdır.

ASELSAN tərəfindən hazırlanmış “Aselflir R-400D” ümumi təyinatlı helikopterlərin bütün missiya konsepsiyaları və sensor ehtiyacları üçün uyğun olan unikal elektro-optik sistemdir. Elektro-optik kəşfiyyat və müşahidə sistemləri ilə helikopterlər həm uzaq məsafədən öz hədəflərini təsbit edə, həm də lazerlə idarə olunan sursatlar üçün hədəfi işarələyə bilirlər.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ASELSAN  


Bizi "telegram"da izləyin