Baltikyanı ölkələrdə NATO-nun təlimləri başlayıb

2022/06/1654439559.jpg
Oxunub: 587     14:38     06 İyun 2022    
Baltikyanı ölkələrin hava məkanında NATO Hərbi Hava Qüvvələrinin (HHQ) təlimlərinə start verilib.

Ordu.az xəbər verir ki, təlimlərin məqsədi Baltikyanı ölkələrin hava məkanının qorunmasıdır.

Təlimlərə Fransa və İspaniyaya məxsus qırıcılar, habelə Finlandiya, Almaniya, İsveç, Böyük Britaniya və Türkiyəyə məxsus ümumilikdə 9 təyyarə cəlb edilib. Təlimlərin əsas mərhələsi iyunun 6-dan 9-dək Estoniyanın hava məkanında keçiriləcək.

Xatırladaq ki, “Ramstein Alloy” təlimləri 2008-ci ildən etibarən keçirilir. Eyni zamanda, iyunun 5-dən etibarən Baltik dənizində NATO Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Baltops 22” təlimləri keçirilir. İyunun 17-dək davam edəcək təlimlərdə NATO-nun 14 üzv ölkəsi - ABŞ, Belçika, Bolqarıstan, Danimarka, Estoniya, Fransa, Almaniya, Latviya, Litva, Böyük Britaniya, Niderland, Norveç, Polşa və Türkiyə, habelə Alyansın tərəfdaşları olan İsveç və Finlandiya iştirak edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Baltik-dənizi  


Bizi "telegram"da izləyin