26 ölkənin iştirakı ilə “RIMPAC 2022” təlimi keçiriləcək

2022/06/1654326290.jpg
Oxunub: 602     11:55     04 İyun 2022    
1971-ci ildən iki ildə bir dəfə keçirilən RIMPAC hərbi təliminin 28-cisi bu ilin 29 iyun - 4 avqust tarixləri arasında Cənubi Kaliforniya bölgəsində, Havay adalarında və ətrafında keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Dünyanın ən böyük təlimlərindən biri olan RIMPAC-ın yaradıcı ölkələri ABŞ, Avstraliya və Kanadadır. Bu il təlimlərə 26 ölkədən 41 gəmi, 4 sualtı qayıq, 170-dən çox təyyarə və təxminən 25 min personalın qatılacağı gözlənilir.

İştirak edəcək ölkələr bunlardır: ABŞ, Avstraliya, Böyük Britaniya, Almaniya, Hollandiya, Kanada, Fransa, Hindistan, Çili, Ekvador, İndoneziya, Danimarka, Tonqa, İsrail, Kolumbiya, Yaponiya, Bruney, Malayziya, Meksika, Koreya Respublikası, Sinqapur, Yeni Zelandiya, Peru, Filippin Respublikası, Şri Lanka və Tailand.

“Dünyanın ən böyük beynəlxalq dəniz təlimi olan RIMPAC dəniz zolaqlarının təhlükəsizliyini və dünyanın bir-birinə bağlı okeanlarında təhlükəsizliyi təmin etmək, vacib olan əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və saxlamaq üçün unikal təlim imkanı təqdim edir”, - deyə açıqlamada bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: RIMPAC   Təlim  


Bizi "telegram"da izləyin