Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinləri sərhəd və digər nəzarət məsələləri üzrə mövqeləri yaxınlaşdırıb

2022/06/sd4f5-1654186427.jpg
Oxunub: 532     00:38     04 İyun 2022    
Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinlərindən ibarət işçi qrupu cümə günü onuncu iclasını keçirib.

Ordu.az xəbər verir ki, Şahin Mustafayev, Aleksey Overçuk və Mqer Qriqoryan sərhəd, gömrük və digər nəzarət mexanizmləri barədə müzakirələr apararaq mövqelərini yaxınlaşdırıblar.

Rusiya hökumətinin rəsmi saytında yer alan xəbərə görə, “tərəflər sərhəd, gömrük və digər nəzarət mexanizmləri, həmçinin Azərbaycan və Ermənistan ərazilərindən keçən yollarda hərəkət edəcək vətəndaşların və yüklərin təhlükəsizliyi barədə müzakirələr apararaq mövqelərini yaxınlaşdırıblar”.

Nazir müavinləri Ermənistan ərazisindən keçməklə Azərbaycanın Qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək avtomobil yollarının da mümkün istiqamətləri barədə müzakirə aparıblar. Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin regionda nəqliyyat blokadasının aradan qaldırılmasına dair razılaşmasının həyata keçirilməsi üçün işləri davam etdirməyi qərara alıblar” – deyə məlumatda bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Üçtərəfli  


Bizi "telegram"da izləyin