Tbilisidə Fars körfəzi-Qara dəniz layihəsi haqqında eşitməkdən beziblər – Ukrayna ətrafında növbəti bir cəhd

2020/10/f0ea0-1601714929.jpg
Oxunub: 444     11:36     04 İyun 2022    
Ötən gün Gürcüstana rəsmi səfər etmiş Ermənistan prezidenti Vahaqn Xaçaturyan prezident Solome Zurabşvili ilə görüşdən sonra uzun illərdir müzakirə olunan, xəyali layihə barədə danışıb. O bildirib ki, görüş zamanı bir çox məsələlər, nəqliyyat infrastrukturu, o cümlədən Fars körfəzi-Qara dəniz kommunikasiya marşrutu müzakirə olunub. Müzakirələrin təfərrüatları məlum olmasa da, Gürcüstana səfər edən erməni liderlərin hər zaman bu layihə haqqında yalnız sözdə çıxış etməsi ənənəvi xarakter alıb. Böyük ehtimalla, gürcü liderlər bu məsələ haqqında danışanda o qədər də ciddi olmur, sadəcə reqlament xatirinə həmkarlarını dinləyirlər.

Ümumiyyətlə, İran prezidenti Həsən Ruhaninin 2017-ci ildə gündəmə gətirdiyi ideya hələ də həmin prosesin radikal davamı olan mühitdə əsaslı şəkildə transformasiya olunur.

Maraqlıdır, görəsən İranın sabiq prezidentinin qlobal kommunikasiya xətlərinin transformasiyası ilə bağlı dərin məsələlərin böyük masaya qoyulacağı 5-6 il sonrakı dünyada vəziyyətin necə olacağı barədə təsəvvürü olub? Bu mənada, Fars körfəzi gündəmi hazırda bu transformasiyaların təsiri altındadır, Ukraynadakı müharibə Qara dəniz regionunda qüvvələr balansına ciddi hərbi-siyasi təsir göstərəcək. Hazırda bunun necə olacağını söyləmək çox çətindir. Bir şey dəqiqdir ki, Fars körfəzindən Qara dənizə kommunikasiya gündəminə siyasi təsir məsələsi Qərbin blokada rejimində olan Rusiya üçün həyati əhəmiyyət kəsb edir. Ukrayna müharibəsindən sonra Rusiyanın ümumilikdə hərbi-siyasi potensialının necə olacağı hələlik sual altındadır.

Başqa sözlə, mümkün qədər ümumi məntiqə nəzər salsaq, sual yaranır: Fars körfəzindən Qara dənizə kommunikasiya və nəqliyyat ideyası Rusiya-İran, yoxsa İran-ABŞ siyasi razılaşmaları və strategiyaları ilə rəhbərlik edilən bir gündəm olacaq, yoxsa necə? Digər mühüm sual budur ki, Türkiyənin buna münasibəti necə olacaq, Ankara dominant mövqedə olmağa, yoxsa dominant istiqamətdə iştiraka üstünlük verəcək?

Həmçinin qeyd edək ki, bu məsələlərdə həlledici amillər bu gün aktiv diplomatik fermentasiyanın getdiyi, hərbi eskalasiya riskinin yüksək olduğu Yaxın Şərq regionu ilə bağlıdır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   İran   Yaxın-şərq  


Bizi "telegram"da izləyin