Mehridən keçən dəmir yolunda 4 gömrük məntəqəsi qurulacaq?

2021/12/89089-1639730832.jpg
Oxunub: 581     10:17     04 İyun 2022    
“Mehri hissəsində 45 kilometrlik dəmir yolunun tikintisi təxminən 200 milyon dollara başa gələcək və tikinti təxminən üç il çəkəcək. O vaxta qədər dəmiryolları mövzusu müzakirə mövzusu olmaqda davam edəcək”.

Ordu.az-ın məlumatına görə, erməni kartoqraf Ruben Qaliçyan qeyd edir ki, ermənilər dəmir yollarının blokadadan çıxarılması ilə bağlı kifayət qədər məlumata malik deyillər.

O qeyd edib ki, cənuba gedən dəmir yollarından biri indi Ermənistanda olmayan yoldur.

“Dəmir yolu Arazdəyəndən Naxçıvana daxil olur, İran sərhəddinə, Culfaya çatır, oradan Mehriyə, oradan isə Horadizədək davam edir. Naxçıvanın bütün ərazisindən keçən bu yol bizim üçün əlçatan deyil, bağlıdır. İndi o, açılandan sonra bizim İrəvandan Naxçıvana yolumuz olacaq, İran sərhədinə, Culfaya çata biləcəyik, oradan da İran dəmir yolu şəbəkəsinə qoşulub Fars körfəzinə gedəcəyik. Kommersiya baxımından bu gün bizim üçün belədir. Amma o yolda biri Arazdəyəndən Naxçıvana qədər olan hissədə, biri İrana gedən hissədə, digəri isə Mehrinin girişindən Naxçıvandan sərhədə qədər olan sərhəddə gömrük məntəqələri olmalıdır”, - deyə ekspert bildirib.

Qaliçyan xatırladıb ki, Mehridən keçən dəmir yolu bəzi şəxslər tərəfindən sökülüb, bu gün o, bərpa edilməli, yenidən tikilməlidir: “İki ilə bunu etmək olar, bunun üçün külli miqdarda vəsait lazım olacaq”.

Nəqliyyat kommunikasiyalarının qarşısının alınması istiqamətində fəal iş aparılırmı sualına kartoqraf belə cavab verib: “O istiqamətdə aktivliyin olub-olmadığını istisna etmirəm. Hazırda söhbət əvvəlcə kağız üzərində planlaşdırılıb, sonra həyata keçiriləcək proqramlardan gedir”.

Ruben Qaliçyanın sözlərinə görə, hazırda Ermənistanın İrəvan-Gümrü-Vanadzor-Tbilisi dəmir yolu xətti var, o, kiçik bir xətlə İcevana, oradan isə Bakıya gedən xəttə birləşdirilib.

Mehridən keçən dəmir yolunun yenidən açılmasının kimə daha çox faydası olacaq sualına cavab olaraq o bildirib ki, bu, yük daşıyanlar üçün faydalı olacaq.

“Əgər biz İrandan dəmir yolu ilə mal gətirsək, yaxud İrana mal göndərsək, dəmir yolu ilə ucuz olsa, bu, bizim üçün sərfəli olar. Eyni şey Rusiyaya da aiddir. Bu gün yalnız Gürcüstan ərazisindən keçən dəmir yolu işləyir”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan   Gömrük  


Bizi "telegram"da izləyin