“Müharibə zamanı MN, BQ rəisi tərəfindən düzgün olmayan nəzarət olub” - Sakunts

2019/03/arthu-1553847984.jpg
Oxunub: 499     10:51     02 İyun 2022    
Ermənistanda müharibə üçün nəzərdə tutulmuş silah və sursatların Qarabağdan Ermənistana qanunsuz daşınması və dövriyyəsi ilə bağlı 54 nəfər məhkəməyə verilib, 32 nəfər məhkum edilib.

Faktla bağlı 756 materialdan 219-u üzrə Ermənistan Cinayət Məcəlləsinin 235-ci maddəsinin müxtəlif hissələri, həmçinin 238-ci maddəsinin xüsusiyyətləri ilə cinayət işi başlanıb.

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts qeyd edib ki, bu işdə yalnız Ermənistan Baş Prokurorluğu tərəfindən cinayət işlərinin bir hissəsinin yekunlaşması, onların gedişi, məsələn, nə qədər adama qarşı ittiham irəli sürülməsi var.

Sakunts bildirib ki, hökm çıxarmaq üçün konkret olaraq hansısa cinayət işi ilə tanış deyil, lakin mövzunun silah olması faktını çox vacib hesab edir.

“Axı silah-sursat qeydiyyatdan keçməli idi, qeydiyyata alınmayıbsa, o zaman necə peyda olub? Bu cinayət işi çərçivəsində tapılan silahların həcminə, hansı silahlardan söhbət getdiyinə də istinad etmək istərdim. Bu, həqiqətən də bu işlərlə bağlı rəy almaq üçün çox yaxşı fürsət olardı”, - deyə o qeyd edib.

Erməni hüquq müdafiəçisinin sözlərinə görə, bu, Ermənistan Baş Qərargah rəisinin silahlanmaya düzgün nəzarət etmədiyini göstərir.

“Bu onu göstərir ki, müharibə zamanı müdafiə naziri, Baş Qərargah rəisi tərəfindən düzgün olmayan nəzarət olub”, - deyə Sakunts əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müharibə  


Bizi "telegram"da izləyin