Rusiya Gürcüstanı mükafatlandırmağa hazırlaşır? – ANALİZ

2022/06/1654256621.jpg
Oxunub: 4439     17:15     04 İyun 2022    
Mayın 17-də Rusiyanın baş naziri Mixail Mişustin Rusiya vətəndaşlarının Gürcüstanla sərhədə yaxın, Roki tunelinin şimal ucunda yerləşən Nijni Zaramaq keçid məntəqəsindən keçməsinə qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılması haqqında sərəncam imzalayıb. Roki tuneli Rusiyanın Şimali Osetiya regionunu 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra Moskvanın dəstəklədiyi separatçıların nəzarəti altında olan Cənubi Osetiya ilə birləşdirir. Rusiya hökumətinin son qərarı təkcə rəsmi olaraq COVID-19 pandemiyası ilə əlaqəli quru səyahət məhdudiyyətlərini deyil, digər qadağaları da ləğv edir.

Baş nazirin qərarına qədər ruslar sərhəddə böyük problemlərlə üzləşirdilər, onlar bir neçə saat ərzində yoxlanılır (son aylarda hərbi xidmət yaşında olan kişilərə xüsusi diqqət yetirilirdi), turistlərin öz avtomobilləri ilə Gürcüstan ərazisinə keçməsi qadağan edilirdi. Bu günlərdə Rusiyanın Ukraynaya qarşı müharibəsinə cavab olaraq Qərbin qəbul etdiyi sanksiyalara görə Rusiya Federasiyası vətəndaşlarının Avropa ölkələrinə səfərləri sərt şəkildə məhdudlaşdırılıb. Beləliklə, Rusiya vətəndaşları mütləq yay tətilini Gürcüstanda keçirmək üçün çoxlu sayda axın edəcəklər.

Hətta quru sərhədindən keçmək məhdudiyyətləri götürülməzdən əvvəl (2022-ci ilin fevralında) Gürcüstan Turizm Agentliyi Rusiyadan əsasən beynəlxalq uçuşlar vasitəsilə gələn turist axınının illik müqayisədə 1007 faiz artdığını bildirib. İndi ruslar yenidən quru sərhədi vasitəsilə Gürcüstana sərbəst buraxıldıqdan sonra onların sayı asanlıqla 2019-cu ildə Rusiyadan bir milyona qədər turistin Gürcüstana səfər etdiyi səviyyəyə çata bilər. Həmin il Gürcüstanda rusiyalı turistlər yerli olaraq 3 milyard dollardan çox pul xərcləyiblər. Gürcüstanın 2019-cu il dövlət büdcəsi cəmi 4,5 milyard dollar olub.

Bundan əlavə, mayın 19-da Rusiyanın TASS xəbər agentliyinə müsahibəsində Rusiya Federasiya Şurasının (parlamentin yuxarı palatası) Xarici Əlaqələr Komitəsinin sədri Qriqori Karasin bəyan edib ki, Moskva Gürcüstanla birbaşa uçuşların bərpası üçün “ümidlə” çalışacaq. Karasin “Praqa danışıqları formatında” ikitərəfli, Rusiya-Gürcüstan sülh danışıqlarında Kremlin nümayəndəsi kimi çıxış edir.

Rusiya prezidenti Vladimir Putin 2019-cu ilin iyulunda Gürcüstanın paytaxtı Tbilisidə müxalifətin Rusiyaya qarşı etiraz mitinqlərindən sonra Gürcüstana birbaşa uçuşları qadağan edib. Uçuşların bərpası o deməkdir ki, yaxın aylarda Rusiyadan gələn turist və ziyarətçilərin sayı iki və ya üç dəfə arta bilər. İndiyədək Rusiya aviaşirkətinin sərnişinləri Gürcüstana yalnız İstanbul, İrəvan və Minsk vasitəsilə birləşdirici reyslərlə gələ bilirdilər.

Karasinin Praqa danışıqlarındakı gürcü həmkarı, səfir Zurab Abaşidze mayın 10-da bildirib ki, indi birbaşa uçuşlar məsələsi müzakirə olunmur. Yenə də əvvəlki müsahibələrində (yəni Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlamazdan əvvəl) Abaşidze dəfələrlə vurğulayırdı ki, “Gürcüstan birbaşa uçuşları qadağan etməyib və onların bərpası tamamilə Moskvanın qərarından asılıdır”.

Qeyd etmək vacibdir ki, Moskvanın Tbilisiyə açıq-aşkar təklifləri iqtisadi sahədən kənara çıxır. Karasin etiraf edib ki, o və Abaşidze Cənubi Osetiyanın Rusiyaya qoşulması ilə bağlı elan edilmiş referendumunu müzakirə ediblər. Rusiyalı senator açıq şəkildə bildirdi ki, “referendumun” nəticəsindən asılı olmayaraq, Moskva Gürcüstan muxtariyyətini Rusiyanın tərkibinə daxil etməyə tələsməyəcək.

Moskva bazarlarını Rusiyaya ixracı hər ay artan Gürcüstandan gələn ənənəvi mallara bağlamayıb. Eyni zamanda, Moskva Gürcüstan hökumətinin “Borjomi” mineral su şirkətinin nəzarət paketinin milliləşdirilməsi ilə bağlı qərarı ilə səssizcə razılaşıb, Qərbin sanksiyaları onun rusiyalı sahibi, oliqarx Mixail Fridmanı da əhatə etdikdən sonra fəaliyyətini dayandırıb.

Bəs Moskvanın Cənubi Qafqaz ölkəsi üçün həssas olan bir çox sahələrdə Gürcüstanla əməkdaşlığı birdən-birə bərpa etməsi və intensivləşdirməsi nə ilə izah olunur? Aydındır ki, cavab üç aydır davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. “Nation.ge” informasiya və analitik agentliyinin təsisçisi Qoça Mirtsxulava deyir ki, Moskvanın Tbilisi ilə münasibətlərini yaxşılaşdırması çox vacibdir, çünki Gürcüstan 2008-ci ildə Rusiyanın açıq-aşkar təcavüzünə məruz qalan ilk ölkə olub.

“Gürcüstanla əməkdaşlıq edərək, Kiyev Moskvaya qarşı eyni cür yumşaq və loyal siyasət apararsa, Kreml Ukrayna ilə də böhranın həlli üzrə danışıqlar aparmaq qabiliyyətini nümayiş etdirməyə çalışar”, - deyə o qeyd edib.

Rusiyanın Ukraynaya genişmiqyaslı yenidən hücumunun başlanğıcından milyarder Bidzina İvanişvilinin hakim Gürcü Arzusu partiyası və baş nazir İrakli Qaribaşvilinin hökuməti Rusiyanın “təxribat” və ya “qıcıqlandırıcı” hesab edə biləcəyi hər hansı hərəkətdən qaçmağa çalışıb. Baş nazir hətta bəyan etdi ki, Gürcüstan bir daha Rusiya ilə heç vaxt müharibə etməyəcək. Qaribaşvili əlavə olaraq vurğulayıb ki, Tbilisi Rusiya Federasiyasına qarşı ikitərəfli sanksiyalar tətbiq etməyəcək, hökumət gürcü könüllülərin Kiyev uğrunda döyüşmək üçün Ukraynaya getməsini qadağan edib, Tbilisi Ukraynaya silah verməkdən imtina edib (hətta simvolik olaraq) və gürcü rəsmiləri tez-tez Ukrayna rəhbərliyini, o cümlədən prezident Zelenskini keçmiş prezident Mixail Saakaşvilinin həbsi ilə bağlı Gürcüstanın daxili işlərinə qarışdığına görə tənqid edib.

Gürcüstan Ukrayna və Moldova kimi mayın 13-də keçirilən G7 sammitində iştirak etməyib. Gürcü Arzusu nümayəndələri izah ediblər ki, Gürcüstan Rusiya ilə müharibə iştirak etmir və etməyəcək. Bir ay əvvəl Gürcüstanın müdafiə naziri Ramşteyn hərbi bazasında (Almaniya) ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Ukraynaya dəstək və Rusiya hücumunun qarşısını almaq üçün tədbirlər görmək üçün onlarla hökuməti çağırdığı görüşdə iştirak etməyib.

Moskva xüsusilə Tbilisinin Şimali Qafqazdan uzaq durmasını görmək istəyir. Həqiqətən də Şimali Qafqaz respublikalarının sakinlərinə Nijni Zaramaq keçidi ilə Gürcüstana daxil olmaq demək olar ki, qeyri-mümkündür: Gürcüstan sərhədçiləri onları ölkəyə buraxmırlar.

Rusiya diplomatları Gürcüstan hakimiyyəti ilə onların əsas rəqibləri olan Saakaşvilinin Vahid Milli Hərəkat (VHM) partiyasının mövqeləri arasında əsaslı fərq görürlər. Ona görə də Gürcüstan hökuməti Qərbin hazırladığı Rusiyanın hücumunu pisləyən bütün beynəlxalq qətnamələrin lehinə səs versə də, Moskva Qaribaşivili hökumətini passivliyinə görə “həvəsləndirməyi” və əks halda “mükafatlandırmağı” məqsədəuyğun hesab edir. Gürcüstan Moskvaya doğru de-fakto loyal xətt tutmaqla Qərb blokunun digər dövlətləri üçün mühüm presedentə çevrilib. Beləliklə, Rusiya bütün regionda Moskva ilə oxşar davranışı təşviq etmək üçün Gürcüstana müxtəlif “güzəştlər” etməyə hazırdır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Gürcüstan  


Bizi "telegram"da izləyin