Diplomatik korpus nümayəndələri "Kəlbəcər" yarımstansiyasında olublar

2022/05/1653988642.jpg
Oxunub: 1912     13:14     31 May 2022    
Azərbaycanda akkreditə olmuş diplomatik korpus nümayəndələri və hərbi attaşelər Kəlbəcərə səfər çərçivəsində “Azərenerji” ASC-nin “Kəlbəcər” yarımstansiyasında olublar.

Ordu.az xəbər verir ki, nümayəndə heyəti yarımstansiya ərazisi, iş prosesi ilə tanış olub. Qonaqlara yarımstansiya barədə məlumat verilib.

Diplomatik korpus nümayəndələri və hərbi attaşelərin Kəlbəcərə səfəri davam edir.

Qeyd edək ki, səfər çərçivəsində diplomatik korpusun nümayəndələri “Kəlbəcər-1” Su Elektrik Stansiyası, yeni inşa edilən Murovdağ tuneli, “Tunel qətliamı”nın baş verdiyi ərazi, Kəlbəcər şəhərində məscid, Bayraq meydanı, Tarix-diyarşünaslıq muzeyi, Qədim daş heykəlləri, Şahmat məktəbinin binası və “İstisu” sanatoriyası ilə tanış olacaqlar.

Səfərin məqsədi diplomatları Ermənistan silahlı qüvvələrinin işğal zamanı Kəlbəcər şəhərində törətdiyi vəhşiliklərlə, cinayət izləri ilə tanış etməkdir.

Qeyd edək ki, Kəlbəcər səfəri Azərbaycanda akkreditə olan diplomatik korpusun işğaldan azad edilmiş ərazilərə artıq sayca 9-cu səfəridir. Səfərdə 50-dən çox ölkə və 10-a qədər beynəlxalq təşkilatdan 80 nəfərdən çox diplomat və hərbi nümayəndələr iştirak edir.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə tanışlıq səfərlərinin təşkili davam etdirilir. Bu səfərlər Vətən müharibəsindən dərhal sonra Prezidentin müvafiq tapşırığı əsasında təşkil edilir, məqsəd Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklərlə diplomatların yerində tanış olmasına şərait yaratmaq və bu barədə ölkələrinə məlumat verməsidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kəlbəcər   Səfər  


Bizi "telegram"da izləyin