MAQATE İranın 40 kq-dan çox zənginləşdirilmiş uran topladığını öyrənib

2022/02/O5J2K-1645765515.jpg
Oxunub: 358     06:55     31 May 2022    
İran 43 kq 60% zənginləşdirilmiş uran ehtiyatı toplayıb və bununla da əvvəllər hazırlanmış ehtiyatlara təxminən 20 kq əlavə edib.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi MAQATE-nin rüblük hesabatına istinadən məlumat yayıb.

“İran heç bir məhdudiyyət olmadan 43 kq 60% zənginləşdirilmiş uran ehtiyatı toplayıb - son üç ayda 30% artım”, - hesabatda deyilir.

MAQATE ekspertləri bildirirlər ki, ölkə hakimiyyəti İranın bir sıra obyektlərində aşkar edilmiş uran izlərinin mənşəyinin araşdırılmasını əngəlləməkdə davam edir. MAQATE-nin rəhbəri Rafael Qrossi deyib ki İran texniki baxımdan etimad yaradacaq izahat verməyib.

Qərb mediası qeyd edib ki, hazırda ölkənin zənginləşdirilmiş uran ehtiyatları 2015-ci ildə müəyyən edilmiş limitdən 18 dəfə çoxdur. 15 may 2022-ci il tarixinə İranın sərəncamında 3,8 min kq-dan çox zənginləşdirilmiş uran var. Eyni zamanda, İran uranı ilkin razılaşmada nəzərdə tutulan 3,67%-lik həddi aşan səviyyəyə qədər zənginləşdirməyə davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   MAQATE  


Bizi "telegram"da izləyin