Türkiyə lideri: “Qarabağ qələbəsi ilə Qafqazda yeni dövr başlayıb”

2022/05/1653825311.jpg
Oxunub: 2879     15:19     29 May 2022    
“Qarabağ qələbəsi ilə Qafqazda yeni dövr başlayıb. Bu epik qələbə bizim ümumi coğrafiyamızda davamlı sülhün və hərtərəfli normallaşmanın qarşısında duran maneələri aradan qaldırdı. Hesab edirik ki, bu tarixi şansı əldən vermək olmaz”.

Ordu.az xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin yekunları ilə bağlı danışarkən deyib.

“Azərbaycan və Ermənistanın aralarındakı məsələlərin birbaşa həlli istiqamətində atdığı addımlardan məmnunuq. Türkiyə olaraq biz tərəflərin sərhəd məsələlərinin həlli, sülh müqaviləsinin bağlanması, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərini dəstəkləyirik. Bu səylərin uğuru bizim hamımızın, bütün regionumuzun xeyrinədir. Xüsusilə sevindirici haldır ki, sərhəd komissiyaları mayın 24-də ilk iclasını keçirib və Zəngəzur dəhlizində irəliləyiş əldə olunub. Biz də Ermənistanla münasibətlərimizin normallaşması prosesini səmimiyyətlə aparırıq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin