“Azərbaycan HDQ-yə sürətli və çevik dəniz platformaları lazımdır, danışıqlar aparırıq” - STM (ÖZƏL)

2022/05/stm7-1653757337.jpg
Oxunub: 2106     17:45     29 May 2022    
Bakı şəhərində “Bakı Kristal Zalı” və Dənizkənarı bulvar ərazisində keçirilən TEKNOFEST sərgisi davam edir. Sərgidə Türkiyənin müdafiə sənayesi sektorunun önəmli oyunçularından biri olan STM şirkəti də öz məhsullarını itirakçılara tanıdır.

STM şirkətinin baş meneceri Özgür Geleryüz sərgi zamanı Ordu.az-ın suallarını cavablayıb.

STM şirkəti Türkiyə ordusu üçün kritik layihələrdə iştirak edir və avtonom sistemlər istehsal edir. Şirkət hazırda Türkiyə Hərbi Dəniz Qüvvələri üçün freqat və korvetlərin hazırlanmasını nəzərdə tutan “Milgem” layihəsində iştirak edir. Eyni zamanda bir sıra kater və digər dəniz platformaları inşa edir.


Şirkət, eyni zamanda “Kargu”, “Kargu 2”, “Togan”, “Alpagu”, “Boyga” kimi kamikadze tipli Pilotsuz Uçuş Aparatları (PUA) istehsal edir.

Özgür Güleryüz bildirib ki, “MilGem” layihəsi 2006-2007-ci illərdə Türkiyə Hərbi Dəniz Qüvvələrinin sifarişi əsasında başlayıb. STM şirkətinin dəstəyi ilə gəmilərdə yerlilik nisbəti artıb. Birinci gəmidə yerlilik 25% olduğu halda, dördüncü gəmidə 75%-ə çatıb. “TCG İstanbul” freqatında yerlilik daha çox olacaq. Bu gəmidə STM şirkəti daha çox fəaliyyətlər icra edir.


“Biz mühəndislik şirkətiyik. Hər ölkənin, donanmanın ehtiyaclarını nəzərə alaraq platformalar dizayn edirik. Bu sərgiyə gətirilən məhsullar Azərbaycan donanmasının imkanları nəzərə alaraq gətirilən platformalardır. Azərbaycanlı qardaşlarımızla görüşlər və danışıqlar davam edir”, - deyə o bildirib.


Cənab Güleryüz qeyd edib ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin və digər dəniz təhlükəsizliyi qurumlarının ehtiyacı olan platformalar daha böyük yox, daha sürətli və çevik olan dəniz platformalarıdır.

Bir müddət əvvəl BMT tərəfindən yayımlanan hesabatda qeyd olunub ki, şirkətin istehsal etdiyi “Kargu” PUA-ları Liviyada avtonom formada döyüş meydanında hərbçiləri zərərsizləşdirib.


Şirkət rəsmisi bununla bağlı qeyd edib ki, PUA-lar Qarabağ müharibəsində də tətbiq edilib.

“Bu silahlar Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə edilir. Beynəlxalq bazarda öz-özünə düşməni tapıb məhv edə bilən silahlar hələ ortaya çıxmayıb. “Kargu”da Süni Zəka (SZ) texnologiyası var, onun sayəsində düşmən aşkar edilə və izlənilə bilər. Ancaq insan faktoru olmadan onun hərbçiləri öldürməsi yalandır”, - deyə o bildirib.

Məlumata görə, şirkət “Kargu” PUA-larının müxtəlif modelləri üzərində işləyir. Bunlara radar emissiyalarını aşkar edərək onlara zərbə endirə bilən, 81 mm-lik minaatan mərmisi ata bilən modellər daxildir.


“Bunların hamısı ilə bağlı Azərbaycan rəsmiləri ilə bağlı danışıqlar aparılır”, - deyə Güleryüz qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: STM   Türkiyə   TEKNOFEST  


Bizi "telegram"da izləyin