Finlandiya tərəfdaşları ilə əlavə hərbi təlimlər keçirmək niyyətindədir

2022/05/finla-1653714483.jpg
Oxunub: 626     01:11     28 May 2022    
Finlandiyanın müdafiə naziri Antti Kaykkonen ilin sonuna qədər tərəfdaş ölkələrlə əlavə təlimlər keçirməyi qərara alıb

Ordu.az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, təlimin əsas məqsədi Finlandiyanın müdafiə qabiliyyətini gücləndirməkdir. Respublika Müdafiə Qüvvələrinin planında səkkiz əlavə təlim nəzərdə tutulub.

"ABŞ, Böyük Britaniya, İsveç, Fransa, Almaniya, Norveç, o cümlədən NATO və Birləşmiş Ekspedisiya Qüvvələr qrupu ilə əməkdaşlıq intensivləşdiriləcək. Təlimlərdə quru qoşunlar, HDQ və HHQ, eləcə də xüsusi təyinatlılar iştirak edəcək", - məlumatda bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   Təlim  


Bizi "telegram"da izləyin