Ordu.az xəbər verir ki, bu barədə beynəlxalq məsələlər üzrə erməni ekspert Suren Sarkisyan öz “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, iclasda iştirak etməli olan digər senator respublikaçı Riç 20 dəqiqə gözlədikdən sonra əsəbləşib və getmək istəyib, lakin ondan bir az daha gözləməsi istənilib.
“Senatorları təkcə gecikmə faktı deyil, həm də gecikməyə görə heç bir açıqlamanın verilməməsi qıcıqlandırıb. Hətta Bayden belə Menendezi gözlətmir. Xarici əlaqələr komissiyasının rəhbəri bundan sonra erməni nümayəndə heyətləri ilə ünsiyyət qurmaq istəməsə, təəccüblənmərəm. Yeri gəlmişkən, bu, Menendezlə bağlı ilk qalmaqal deyil. 2020-ci ildə deputat Makunts Menendezlə təcili görüş istədi, lakin icma mətbuatının daha sonra yazdığı kimi, görüşün yeganə məqsədi birgə fotoşəkil çəkdirmək idi”, - deyə Sarkisyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az