Aşotyandan Paşinyana: “Bəs 30 illik mübarizə nə ilə bağlı idi? Bu, axmaqlıqdır”

2019/03/20710-1552546658.jpg
Oxunub: 483     16:50     27 May 2022    
“44 günlük müharibədən sonra Nikol Paşinyan həmişə vəziyyətdən hansısa bir detalı götürməyə, bunu sensasiya kimi şişirtməyə, özünün günahının olmadığına, keçmiş hakimiyyətin günahkar olduğuna inandırmağa çalışır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan Paşinyanın “O dövrün səlahiyyətliləri “Madrid prinsipləri”nə razı olmaqla Qarabağın (qondarma qurum – red.) “müstəqillik” referendumunun legitimliyini şübhə altına qoyublar” bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, Paşinyanın artıq bir il yarımdır bunu edir.

Aşotyan qeyd edib ki, 2008-2018-ci illərdən bəri heç nəyin alınmadığını görərək ötən gün Paşinyan taktikasını dəyişib və bir il geriyə gedib.

“1991-ci ildə Qarabağ məsələsi referendumla həll edilmişdisə, 30 illik mübarizə nə ilə bağlı idi? Bu, axmaqlıqdır”, - deyə erməni siysi xadim vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aşotyan   Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin