Ordu.az xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyası məlumat yayıb.
Qeyd olunur ki, ruslar Zaporojye istiqamətində hücum əməliyyatları üçün aktiv hazırlıq işlərini davam etdirirlər.
Bildirilir ki, yeni gətirilən tanklar 115 mm-lik toplarla təchiz olunub.
30 ədəd Rusiya texnikası Kirillovka kəndinə daxil olub. Yerli sakinlərin sözlərinə görə, hər kəsişmədə zirehli transportyorlar yerləşdirilib. Kirillov istirahət mərkəzlərinin rusların sığınacağına çevrilməsi ehtimalı var.
Sevinc Əliyeva
Ordu.az