KİV: İsrail Almaniyanın Ukraynaya tank əleyhinə raketlər verməsini qadağan edib

2022/05/Untit-1653645845.jpg
Oxunub: 420     15:41     27 May 2022    
İsrail Almaniyanın Ukraynaya “Spike” Tank Əleyhinə İdarəolunan Raket Kompleksləri (TƏİRK) tədarük etməsinə qadağa qoyub.

Ordu.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, rəsmi Təl-Əviv Ukraynanın İsrail texnologiyasından istifadə edərək Almaniyada hazırlanan “Spike” tank əleyhinə raketləri almasını istəyən ABŞ-ın tələbini rədd edib.

Xəbərdə qeyd olunur ki, İsrail Müdafiə Nazirliyinin rəsmisi Əmir Eşel iki həftə əvvəl Vaşinqtonda ABŞ müdafiə nazirinin siyasət məsələləri üzrə müavini Kolin Kahl ilə görüşərək ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib.

Əmir Eşel vurğulayıb ki, İsrail Ukraynaya ancaq öldürücü olmayan hərbi texnika ötürdüyü üçün raketlərin tədarük edilməsinə icazə verməyəcək.

Yüksək rütbəli İsrail rəsmisi deyib ki, Təl-Əviv rus əsgərlərinin İsrail istehsalı silahlarla öldürüləcəyindən narahatdır və bu, Rusiyanın Suriyada İsrailin təhlükəsizlik maraqlarına zərər vurmasına gətirib çıxara bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Almaniya   Ukrayna  


Bizi "telegram"da izləyin