Gürcüstan-Türkiyə-Azərbaycan müttəfiqliyi İrəvanı təşvişə salıb

2022/05/1653497013.jpg
Oxunub: 431     18:42     27 May 2022    
Azərbaycan, Gürcüstan və Türkiyə Parlamenti üçtərəfli parlament assambleyası yaratmaq niyyətindədir. Bu barədə Gürcüstan parlament nümayəndə heyətinin Bakıya səfəri zamanı məlum olub. Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığı yeni hadisə deyil, bu, məsələn müdafiə nazirlikləri arasında əməkdaşlıq səviyyəsində özünü göstərir. Yeni Parlament Assambleyasının fəaliyyətə başlaması isə üçtərəfli əməkdaşlığın genişləndirilməsi, institusionallaşmanın yeni dərəcəsi deməkdir.

Erməni nəşrlərindən biri yazır ki, Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli formatının genişləndirilməsi və dərinləşməsi Ermənistan üçün ciddi siqnaldır.

“Türkiyə, Gürcüstan və Azərbaycan kimi erməni-gürcü münasibətlərinin mümkünlüyünü gözləmək lazım deyil. Ötən illərin bir sıra dərin taktiki reallıqlarına görə Gürcüstan-Türkiyə-Azərbaycan əlaqəsi kifayət qədər dərindir.

İrəvan Gürcüstanın təbii motivasiyası kimi Tbilisini narahat edən bir sıra halların mövcudluğundan istifadə edə bilər. Bu məsələdə, təbii ki, yuxarıda qeyd olunan regional-coğrafi şəraitə və onlardan irəli gələn fərqliliklərə görə məsələləri nəzərdən qaçırmaq mümkün deyil. Ermənistan buna qarşı Gürcüstanla alternativ platforma yarada bilər”, - deyə nüfuzlu “1in.am” nərşi qeyd edir.

Alpər Mövludoğlu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin