Brüssel görüşü Bayden üçün də əhəmiyyətli olub – Görüşdən öncəki məktubdan gizlinlər

2022/05/98b9f-1653063830.jpg
Oxunub: 1344     22:27     24 May 2022    
ABŞ prezidenti Co Bayden Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda Bayden kifayət qədər diqqətəlayiq ifadələrlə Ermənistan-Azərbaycan məsələsi, Qafqazda sülh barədə danışıb. Üstəlik, məktub ona görə diqqətəlayiqdir ki, o, Brüsseldə keçirilən İlham Əliyev-Paşinyan-Mişel üçtərəfli görüşündən əvvəl göndərilib. Eyni zamanda diqqətçəkən məqam odur ki, Azərbaycanın Respublika gününə təxminən bir həftə qalır, belə bir sual yaranır ki, Bayden niyə Brüssel görüşünə az qalmış bir zamanda Azərbaycana müəyyən mesaj göndərməməyə “tələsirdi”?

ABŞ prezidenti məktubda yazıb: “İndi Cənubi Qafqazda davamlı sülhə ümid etmək vaxtıdır”.

O qeyd edir ki, Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında diplomatik təmasların intensivləşməsinə, eləcə də Ermənistan və Azərbaycan arasında Qafqaz və Xəzər regionunun çiçəklənməsinə imkan verəcək iqtisadi və nəqliyyat əlaqələrinin qurulmasına töhfə verməyə hazırdır. ABŞ prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda dərhal bu fikrini kifayət qədər çoxşaxəli düşüncə ilə davam etdirib: “Biz Azərbaycanı demokratik idarəçilik və bütün azərbaycanlıların hüquq və əsas azadlıqlarını qoruyan islahatlar istiqamətində məqsədyönlü addımlar atmağa çağırırıq”.

Bayden “bütün azərbaycanlıların” hüquq və azadlıqları naminə demokratik islahatlara çağırış edərək, Azərbaycanla Ermənistan arasında kommunikasiyanın qurulmasına töhfə verməyə və regional rifahı dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyərkən nəyi nəzərdə tutur? “Bütün azərbaycanlılar” ifadəsinin altında nə var?

Bayden Ukraynaya humanitar yardım göstərdiyinə və Ukrayna böhranı fonunda digər enerji bazarlarında sabitliyin təmin edilməsində mühüm roluna görə Azərbaycana təşəkkür edib. ABŞ prezidenti Rusiyanın “beynəlxalq təhlükəsizliyin sütunlarını məhv etmək” siyasətini də vurğulayıb və ABŞ-ın Azərbaycanın müstəqilliyinə və suverenliyinə dəstəyini ifadə edib. Bu bəyanat Rusiya sülhməramlılarının mandatı kontekstində də Qarabağ məsələsini və təbii ki, fevralın 22-də Moskvada imzalanmış son beynəlxalq sənəd olan Rusiya-Azərbaycan müttəfiqlik bəyannaməsini ehtiva edir.

Bayden Brüsseldən əvvəl niyə məktub yazmışdı? Təbrikin Brüsseldən əvvəl çatdırılması heç də təsadüfi deyildi, bunu yuxarıdakı mesajın məzmunu sübut edir. Baydenin Brüsseldə İlham Əliyevdən nə istədiyi və ya nə gözlədiyi qaranlıq olaraq qalır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayden   İlham-Əliyev  


Bizi "telegram"da izləyin