ABŞ-ın Azərbaycandakı Səfirliyindən
Ordu.az-a bildirilib ki, səfir Litzenberqer mərasim zamanı qeyd edib ki, ingilis dilinin tədrisi məzunlar üçün ABŞ-də peşəkar hərbi təhsil kurslarında iştirak etmək də daxil olmaqla digər imkanlar üçün atılan ilk addımdır. Səfir Litzenberqer deyib: “Ümid edirik ki, ingilis dili hazırlığı və peşəkar hərbi təhsil kursları təşkil etməklə biz azərbaycanlı tərəfdaşlarımızla uzunmüddətli dostluq əlaqələrini inkişaf etdirməyə davam edəcəyik”.
General-leytenant Heydər Piriyev deyib: “Həm ABŞ, həm də yerli təlimatçılar kursun uğurlu keçməsi üçün əllərindən gələni etdilər. İnanıram ki, məzunlar ölkəmizi beynəlxalq arenada şərəflə təmsil edəcəklər. Bu kurslara böyük töhfə verdikləri üçün təlimatçılara və hərbçilər üçün ingilis dili təliminin təşkilində köməyə görə ABŞ səfirliyinə təşəkkür etmək istərdim. Bu proqram xalqlarımız arasında dostluğu daha da möhkəmləndirəcək”.
Azərbaycan Müdafiə Nazirliyi və ABŞ hökuməti 17 ildir ki, Azərbaycan Müdafiə Nazirliyinin xarici dil və tərəfdaşlıq mərkəzini və oradakı ingilis dili proqramını inkişaf etdirmək üçün əməkdaşlıq edir. Builki ingilis dili təlimçi komandası tərəfindən təşkil edilən ABŞ-də Azərbaycan dili müəllimlərinin təlimi və MN-nin təhsil müəssisələrinə ingilis dili tədrisi üçün linqofon kabinetlərin ianəsindən əlavə, Azərbaycan MN-i üçün ingilis dili təlimi və sınaq materiallarına ABŞ hökumətinin əvvəlki sərmayələrini tamamlayır.
Ordu.az