Kılıç: “Azərbaycan Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır”

2022/05/1653317169.jpg
Oxunub: 427     18:32     23 May 2022    
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün zaman və danışıqlar lazımdır.

a style='color: blue;' href='https://ordu.az'>Ordu.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Akif Çağatay Kılıç bildirib.

O, mayın 3-də Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin Vyanada görüşdüyünü xatırladıb.

“Artıq müsbət addımlar var, Ankara ilə İrəvan arasında çarter reysləri açılıb. Münasibətlərin normallaşması üçün zaman və danışıqlar lazımdır. Türkiyə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına tərəfdar olduğu kimi, Azərbaycan da Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır”, - o deyib.

a style='color: blue;' href='https://ordu.az'>Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin